RU
“Azəravtoyol”: Gələn ay iki piyada keçidi istifadəyə veriləcək
21:17
446

“Azəravtoyol”: Gələn ay iki piyada keçidi istifadəyə veriləcək

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti yaxın vaxtlarda inşa etdiyi iki yerüstü piyada keçidini sakinlərin istifadəsinə verəcək.

7news.Az-ın xəbərinə görə, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Qurum sözçüsü bildirib ki, həmin yerüstü keçidlər Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində, digəri isə Bakı-Zabrat yolunda inşa edilir. Hazırda hər iki yerüstü piyada keçidində tamamlama işləri həyata keçirilir. Keçidlər gələn ay sakinlərin istifadəsinə veriləcək.

A.Nəcəfli deyib ki, Bakı-Quba-Rusiya dövlət sərhədi yolunun 4-cü kilometrliyində inşa edilmiş keçid tam hazır olmasa da, artıq piyadalar həmin keçiddən istifadə edə bilərlər.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ