Paytaxtın Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospektinin birləşməsindən Əli Vəliyev küçəsinə sağa dönmə zamanı dayanacaq üçün xüsusi "cib"in təhvil verilməsi yekunlaşmaq üzrədir.
Bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, "Azəravtoyol" ASC-nin Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmış şəkildə sözügedən döngədə "cib"i yaratmaqda əsas məqsədi dayanacağa avtobusların maneəsiz daxil olmasını təmin etməkdir./milli.az
7News.Az











