RU
Azərbaycanda sürücü sükan arxasında keçindi
13:33
471

Azərbaycanda sürücü sükan arxasında keçindi

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

7News.az xəbər verir ki, rayonun Xırmandalı kəndi ərazisində, kənd sakini Abbas Əliyev "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qəfildən vəziyyəti pisləşib. Sürücü sükan arxasında ölüb.
 
İdarəetmədən çıxan avtomobil yolun kənarındakı ağaca çırpılıb. Avtomobilə ciddi ziyan dəyib.
 
A.Əliyevin ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.//apa

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ