Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"adlı proqramın təsdiq olunması dövlətimizin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür.Bu proqram ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edəcək.
Dövlətimizin davamlı inkişafı üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur.Bu gün Azərbaycan istər sosial-iqtisadi baxımdan, istərsədə mədəni baxımdan böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz, müasir bir ölkə kimi beynəlxalq aləmdə tanınmışdır.
Son aylar"Vətən Müharibəsi"ndə əldə olunan qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğunu inamla həyata keçirməyə qadir ölkədir.Torpaqlarımızın işğaldan azad olunması ilə bərabər, iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın reqion iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcək.Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində böyük yer tutur.Son əsrdə hərbi və diplomatik sahədə dövlətimiz ən böyük zəfərə nail oldu.İşğaldan azad edilmiş ərazilərə qayıdan insanların yaşayışı təmin ediləcək,region ölkənin dilbər guşələrindən birinə çevriləcək.Bunun üçün vətəndaşlarımız dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya etməlidir.
Dövlətimizin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və inkişafa mühüm töhfə vermişdir, təhlükəsiz mühit üçün güclü potensial yaratmışdır.Bu həm xalqın rifahını təmin edən əsas amildir,həm də Şərqlə Qərbin qovşağı olan Azərbaycanın daha da qüdrətli dövlətə çevrilməsinin zəmanətidir.
Növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafını əldə etmək üçün hər bir Azərbaycan vətəndaşı milli prioritetin qorunması və reallaşdırılmasına xidmət etməlidir.
Bir ziyalı kimi ümid edirəm ki, yaşadığım doğma Biləsuvar üçün də bu sənədin mühüm rolu olacaqdır. XXI əsr təhsilin innovativ və yaradıcı olması biz müəllimlərə böyük stimul verir.Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün bütün təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyətli rəqabətədavamlılığını təmin etmək bizlərin üzərinə düşür.Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə istirak payın artırmaq üçün əlimizdən gələni etməliyik və edəcəyik.Ulu öndərimiz Heydər Əliyev demişdir:"Təhsil-millətimizin gələcəyidir!"Bu gələcək naminə biz yaradıcı olmalıyıq,gələcək nəslin innovativ formalaşmasında ,fərdin, şagirdin bir vətəndaş kimi sağlam həyat tərzində formalaşdırılması istiqamətində məqsədlərimizə nail olmalıyıq.
Biləsuvar rayon N.Nərimanov adına şəhər 6saylı tam orta məktəbin direktoru Bədəlova Nurəngiz
7NEWS.Az








