Azərbaycan Ağır Atletika millisinin baş məşqçisi Tofiq Heydərov vəzifəsindən istefa verib.
Heydərov bu addımı millidə olan dopinq problemlərinə görə atdığını bildirib: "Hamıya məlumdur ki, mən və təsis etdiyim şirkətlər ağır atletika idman növünün inkişafına 20 ildir ki, dəstək olur. Bütün bu işlərin nəticəsi özünü Yay Olimpiya Oyunlarında göstərməli idi. Amma təəssüflər olsun ki, neçə illərdir çəkdiyimiz əziyyət süni maneələr yaradılaraq məhv edilir.
Daxildəki satqınlar, kərtənkələlər öz zəhərlərini idmançılarımıza, balalarımıza verib bizi rüsvay etdilər. İslam Oyunlarında Anastasiya və Hafiz müəllimin kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən söz vermişdim ki, komandamızda dopinq olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.
Federasiyadan isə bu məlumatı təsdiqləməyiblər. Bildiriblər ki, rəsmi olaraq heç bir şey yoxdur. /qafqazinfo
7news.Az








