RU
AZƏRBAYCAN: Çaqqallar toya hücum etdi - 5 yaralı var
14:00
558

AZƏRBAYCAN: Çaqqallar toya hücum etdi - 5 yaralı var

Ağdaş rayonunda çaqqallar toy mərasiminin keçirildiyi mağara hücum edib.

Hadisə gecə saatlarında rayonun Bulaqotu kəndi ərazisində baş verib. Toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetirib. 

Yaralılar:

1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva,

2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev,

2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov,

1976-cı il təvəllüdlü Rəşad Nizami oğlu Məmmədov,

1987-ciil təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub./Report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ