RU
Azərbaycan Avropa Liqasının qalibi oldu
09:40
1720

Azərbaycan Avropa Liqasının qalibi oldu

Azərbaycan yığması Dünya Qran prisində iştirak etmək hüququ qazanıb.

Dünən Bakıda Avropa Liqasının qadınlardan ibarət Azərbaycan və Slovakiyanın voleybol üzrə yığma komandaları arasında cavab görüşü olub.

7news.Az haqqin.az-a istinadən xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisi görüşdə 3:0 (25:15, 25:22, 25:20) hesabı ilə qalib gəliblər.

Avropa Liqasının qalibi olan Azərbaycan yığması Dünya Qran Prisində iştirak etmək hüququ qazanıb. 

Xatırladaq ki, komandalar arasında iyunun 30-da Slovakiyada keçirilən ilk oyunda millimiz 3:1 hesabı ilə qalib gəlib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ