RU
Azərbaycan Avropada ən güclüdür
15:12
474

Azərbaycan Avropada ən güclüdür

Rusiya finalda məğlub oldu.

Portuqaliyanın Odivellaş şəhərində paralimpiyaçılar arasında cüdo üzrə Avropa çempionatı başa çatıb.

Yarışların son günündə komanda turnirində medallar uğrunda mübarizə gedib.

Azərbaycan yığması finalda Rusiyanı məğlub edərək qitənin ən güclü yığması olub.

Daha öncə fərdi yarışlarda idmançılarımız 8 medal qazanıblar. Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) qızıl medal, Səbinə Abdullayeva (57 kq), Ramin İbrahimov (60 kq) və Rövşən Səfərov (81 kq) gümüş medal, Afaq Sultanova (63 kq) və Kənan Abdullayev (100 kq) bürünc medal qazanıblar.

Komanda üzrə şəxsi yarışlarda Azərbaycan Rusiya və Ukraynadan sonra üçüncü yeri tutub./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ