RU
Azərbaycan avtomobil idxalını azaldıb
10:45
508

Azərbaycan avtomobil idxalını azaldıb

Bui il yanvar-sentyabr aylarında Azərbaycana 22 915 avtonəqliyyat vasitəsi idxal olunub. Ötən ilin eyni dövründə bu göstərici 47 984 ədəd olub.

Bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

Hesabata əsasən, 9 ay ərzində idxal edilən maşınların 20 386 ədədi avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2014-cü ilin eyni dövründə bu göstərici 43 496 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 1584 yük avtomobili idxal edilib. Bu rəqəm 2014-cü ilin eyni dövründə 3946 ədəd olub.

İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb. /Trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ