RU
Azərbaycan birinciliyində 63 komandanın 327 boksçusu mübarizə aparacaq
22:45
883

Azərbaycan birinciliyində 63 komandanın 327 boksçusu mübarizə aparacaq

Martın 8-də yeniyetmələr arasında boks üzrə ölkə birinciliyinə start veriləcək.

Azərbaycan Boks Federasiyasından (ABF) apasport.az saytına verilən məlumata görə, ABF-in və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Boks Mərkəzində təşkil olunacaq yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılacaq. Döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə martın 14-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ