RU
Azərbaycan BMT-yə hesabat verəcək
12:21
309

Azərbaycan BMT-yə hesabat verəcək

Azərbaycanın məruzəsinə 11-12 noyabr tarixlərində baxılması planlaşdırılır.

Azərbaycan digər ölkələrlə bərabər “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya”nın yerinə yetirilməsi haqqında növbəti dəfə BMT-də məruzə edəcək.

Azərbaycan Konvensiyanın 158 üzv ölkəsindən biridir və 10 müstəqil ekspertdən ibarət olan eyniadlı Komitədə mütəmadi olaraq məruzə etməlidir.

BMT-nin işgəncələrə qarşı Komitəsinin sessiyası bazar ertəsi noyabrın 9-da işə başlayacaq və öz işini dekabrın 9-na qədər davam etdirəcək.

Bu dövr ərzində Avstriya, Danimarka, İordaniya, Çin və Lixtenşteynin məruzələri də dinləniləcək.

Azərbaycanın məruzəsinə 11-12 noyabr tarixlərində baxılması planlaşdırılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ