Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 102 023,93 ABŞ dolları dəyərində 401 572,34 ton buğda idxal edilib.
7NEWS.Az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,1%, həcmi isə 12% artıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,89%-nə bərabər olub.
7NEWS.Az








