RU
Azərbaycan “Böyük Dəbilqə”də ilk günü üç medalla başa vurdu
20:00
160

Azərbaycan “Böyük Dəbilqə”də ilk günü üç medalla başa vurdu

Azərbaycan cüdoçuları Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə” yarışının ilk gününü 3 medalla tamamlayıb.

7NEWS.Az-ın xəbərinə görə, Azərbaycanın qadın cüdoçusu İçinxorloo Munxtsedev (-52 kq) finalda   Momo Tamaokiyə ipponla uduzaraq gümüş medalla kifayətlənib. 

 

Qeyd edək ki, daha əvvəl Orxan Səfərov (-66 kq) qızıl və Rövşən Əliyev (-60 kq) bürünc medal əldə edib.

Xatırladaq ki, 154 min avro mükafat fondu olan yarış bazar günü başa çatacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ