RU
Azərbaycan çempionatında xarici komanda
21:03
522

Azərbaycan çempionatında xarici komanda

Noyabrın 6-da qadın voleybolçular arasında Azərbaycan çempionatı start götürəcək.

7news.az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyasından “Azərtac”a bildiriblər ki, 6 komandanın mübarizə aparacağı çempionatda ilk dəfə olaraq yerli komandalarla birgə digər ölkənin kollektivi də yarışacaq.

2017-ci ildə Avropa çempionatına birlikdə ev sahibliyi edəcək Azərbaycan və Gürcüstan arasındakı əməkdaşlıq nəticəsində “Tbilisi” komandası da çempionatda mübarizəyə qoşulacaq.

Beləliklə, “Azəryol”, “Azərreyl”, “Lokomotiv”, “Telekom”, gənclərdən ibarət Azərbaycan millisi və “Tbilisi” klubu çempionluq uğrunda mübarizə aparacaq. Yalnız “Tbilisi” komandası tur sistemində mübarizə aparacaq. Belə ki, komanda hər səfərində ardıcıl olaraq bir neçə oyun keçirəcək.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ