RU
Azərbaycan Cənubi Sudana iki sülhməramlı göndərib
18:03
461

Azərbaycan Cənubi Sudana iki sülhməramlı göndərib

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.

Bu barədə 7News.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin dörd nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ