Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ilk görüşünü keçirib.
100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/16 finalda latviyalı Artur Nikiforenko ilə üz-üzə gəlib.
Görüş cəmi 4 dəqiqə 42 saniyə davam edib. Kokauri rəqibinə ipponla qalib gəlib. 1/8 finalda onun rəqibi yaponiyalı Hisayoşi Haraşava olacaq./report
7News.Az








