RU
Azərbaycan Dillər Universitetində 3 aydır təqaüd verilmir - NƏ BAŞ VERİR?
13:36
4597

Azərbaycan Dillər Universitetində 3 aydır təqaüd verilmir - NƏ BAŞ VERİR?

Azərbaycanda 3 aydır ki, universitet tələbələrinə təqaüd verilmir.
 
Bu barədə Azərbaycan Dillər Universitetinin tələbələri məlumat verib.
 
Onların dediyinə görə, 2017-ci il başlayandan təqaüd üzünə həsrətdirlər: "Artıq 3 aydır ki, təqaüdlərimiz verilmir. Son dəfə dekabr ayında təqaüd almışıq. Səbəbini soruşanda deyirlər ki, gözləyin. Pul yoxdur deyə karta köçürülmə olmur. Elə tələbələr var ki, bütün ümidlərini o təqaüdə bağlayıblar. Ancaq bizə bir şeyi də dedilər ki, bu təkcə bizim universitetdə belə deyil, bir çox universitetdə təqaüdlər verilmir"
 
Məsələylə bağlı kiçik araşdırma apardıq və məlum oldu ki, aşağıdakı adları sadalanan universitetlərdə də təqaüd verilmir: /azxeber.com
* Azərbaycan Turizm və Menecment Universiteti
* Xəzər Universiteti
* Azərbaycan Dövlət Dəniz Akademiyası
* Azərbaycan Dillər Universiteti
* Dövlət İdarəçilik Akademiyası
* Rəssamlıq Akademiyası
* Mədəniyyət və İncəsənət Universiteti
* Bakı Musiqi Akademiyası
* Sumqayıt Dövlət Universiteti
* Bakı Mühəndislik Universiteti
* Lənkəran Dövlət Universiteti

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ