RU
Azərbaycan elminə ağır itki: koronavirus yenə can aldı
14:50
686

Azərbaycan elminə ağır itki: koronavirus yenə can aldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Ənvər Nəhmədovun ölüm səbəbi məlum olub.

7News.Az Milli.Az-a istinadən xəbər verir ki, akademik bir müddət əvvəl koronavirusa yoluxubmuş.

O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Ə.Nəhmədov Bakıda dəfn olunub.

Qeyd edək ki, Ənvər Nəhmədov 24 avqust 1959-cu ildə Bakı şəhərində anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini qırmızı diplomla bitirib. Elə həmin il sentyabrın 1-də təyinatla AMEA-nın Fizika İnstitutunda akademik Firudin Həşimzadənin rəhbərlik etdiyi laboratoriyada əmək fəaliyyətinə başlayıb.

Ə.Nəhmədov 90-a yaxın elmi məqalə, o cümlədən "Aşağı ölçülü sistemlərdə aşqar və korrelyasiya effektləri" kitabının müəllifi olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ