RU
11:38
757

"Azərbaycan enerji dəhlizlərinin formalaşmasında rolunu gücləndirəcək"

""Cənub Qaz Dəhlizi" layihəsi şərq və qərb enerji dəhlizlərinin formalaşmasında Azərbaycanın rolunu artıracaq".

7News.az bildirir ki,  bunu energetika nazirinin müavini Natiq Abbasov Bakıda keçirilən Enerji İqtisadiyyatları üzrə Beynəlxalq Assosiasiyasının I Avrasiya konfransında deyib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan iri transmilli layihələri reallaşdırmağa davam edir: ""Cənub Qaz Dəhlizi" Avropanın ən iri infrastruktur və enerji layihələrindən biridir. Enerji təhlükəsizliyi layihəsi olmaqla uzun illər ərzində istehsalçılara, tranzit ölkələrə və istehlakçılara mənfəət qazandıracaq"./trend

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ