RU
Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
13:00
544

Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır

Gündüz 26-30 dərəcə isti olacaq.

Sentyabrın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 26-30 dərəcə isti olacaq.

Bölgələrdə də hava gün ərzində əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlıq ərazilərdə gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ