Ermənistan ərazisində zəlzələ olub.
7News.az xəbər verir ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 10:28-də Ordubaddan 37 km şimal-şərqdə, Ermənistan ərazisində qeydə alınıb.
3.5 maqnituda, 11 km dərinlikdə baş verən yeraltı təkan Ordubad ərazisində 3 bala qədər hiss olunub.//apa
7News.az








