RU
Azərbaycan əsgəri ölüb - FOTO
10:20
1832

Azərbaycan əsgəri ölüb - FOTO

Dövlət Sərhəd Xidmətinin əsgəri Fərdi Namik oğlu Yarəliyəv ölüb.

BAXAR.AZ-a bu barədə Quba rayon, Üçgün kəndinin sakinləri məlumat verib. Sakinlərin dediyinə görə, əsgər iyul ayının 8-də saat 16:00 radələrində ölüb:

"Əsgər saat 15:00-da anası ilə danışıb. Vəziyyətinin yaxşı olduğunu deyib. Cəsədi gətirən zabitlərin dediyinə görə, əsgər 16:00-da ölüb. Əsgərin başının arxasında güllə, bədənində qaraltı izləri var idi. Zabitlər dedi ki, əsgər çayda çimərkən suda batıb." Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti məlumat yaymayıb.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ