Azərbaycan əsilli aktyor Tamer Karadağlı bədbəxt hadisə ilə üzləşib.
Türkiyədə qarlı hava şəraiti ilə əlaqədər aktyor avtomobil qəzasına düşüb. Qəza zamanı digər maşını vuran Tamer bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O, həmin avtomobilin qeydiyyat nişanını və markasını yazaraq sahibinin onu tapmasını istədiyini bildirib:
"Ötən gün Ankarada qar çovğunu yaşanırdı. Qarlı hava şəraiti fəsadsız ötüşmədi. Ankarada Şimşek küçəsinin üst tərəfində "06 AFC 312" nömrəli "Hyundai" markalı avtomobillə toqquşdum. Maşın sahibinin məni tapması üçün ora mobil nömrəmi də yazdım. Amma qarlı havada inanmıram o, nömrəmi görə bilsin. Avtomobilin sahibini tanıyan varsa, mənlə əlaqə saxlasın. Ziyanı nədirsə, ödəməyə hazıram".









