İsveç Parlamentinin deputatı Aylin Fazelian İsveçin hakim Sosial Demokrat Partiyasının Mərkəzi Komitəsinin üzvü seçilib.
Bu barədə Milli.Az-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. "Azərbaycan türkünün partiyanın mərkəzi komitəsinə üzv seçilməsi böyük uğur hesab edilməlidir. Bu, Aylinin partiyada nüfuzunu göstərir. İsveçin siyasi-ictimai və sosial-mədəni mühitində fəallığı ilə seçilir. Aylin Fazelian bir müddət əvvəl İsveç Sosial Demokrat Partiyasının Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilmişdi.
O, hal-hazırda İsveç millət vəkili olaraq xarici işlər komissiyasında çalışır. 2019-cü ildə "Qlobal" Utmaninq Araşdırma Mərkəzi tərəfindən dünyanın ən güclü qadınlarından biri seçilmişdi".
Qeyd edək ki, Aylin əslən Güney Azərbaycan bölgəsindəndir. Ailəsi 30 il əvvəl İsveçə köçüblər.
7News.Az








