RU
Azərbaycan Estoniyaya qalib gəlib
20:54
404

Azərbaycan Estoniyaya qalib gəlib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Milan Obradoviçin yetirmələri Estoniya ilə üz-üzə gəlib21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Milan Obradoviçin baş məşqçi olduğu komanda Estoniyanı böyük hesabla məğlub edib - 3:0.

Sumqayıtdakı "Kapital Bank Arena"da keçirilmiş A qrupunun oyununda ilk iki qolu Musa Qurbanlı vurub. O, 44-cü və 66-cı dəqiqələrdə fərqlənib. Matçda son nöqtəni isə 88-ci dəqiqədə Abdulla Xaybulayev qoyub.

Bununla da Azərbaycan yığması 7 oyundan sonra xalını 4-ə çatdırıb və 5-ci pillədə möhkəmlənib. 8 matçdan sonra sonuncu - 6-cı sırada olan Estoniyanın xalı yoxdur.

25 mart
AVRO-2023, seçmə mərhələ

19:00. Azərbaycan - Estoniya - 3:0
Qollar: Musa Qurbanlı, 44; 66. Abdulla Xaybulayev, 88

Baş hakim: Devid Munro (Şotlandiya)
Sumqayıt. "Kapital Bank Arena".
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ