RU
Azərbaycan-Fransız Universiteti açıldı
11:15
1360

Azərbaycan-Fransız Universiteti açıldı

Bu gün Bakıda Azərbaycan-Fransız Universitetinin (UFAZ) açılışı olub.

 

7News.Az xəbər verir ki, açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez ali məktəb rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib. 

Tədbirdə çıxış edən Təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, UFAZ layihəsinin həyata keçirilməsi üçün yüksək brendə və təhsilə malik olan universitetlər seçilib. Onun sözlərinə görə, UFAZ-ın yaradılması iki ölkənin ali təhsil sisteminin uğurlu layihəsidir: "Bu layihənin vaxtında və keyfiyyətlə gerçəkləşməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyini xüsusi qeyd etmək istəyirəm. İnanırıq ki, UFAZ yaxın gələcəkdə regionun sayılıb-seçilən məktəblərindən birinə çevriləcək. Növbəti illərdə UFAZ layihəsinin genişləndirilməsini, yeni ixtisasların açılacağını mümkün hesab edirik”.

Onun sözlərinə görə, I ­qrup üzrə 500-dən art­ıq bal toplamış 300-ə­ yaxın abituriyentin ­qatıldığı imtahanın n­əticələrinə görə ­143 nəfər UFAZ-da oxu­maq hüququ qazanıb. O­nlardan 120 nəfəri dövlət sifarişi, 23 nəf­əri isə ödənişli əsas­larla təhsil alacaq.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez isə bildirib ki, növbəti tədris ilində Fransız –Azərbaycan Universitetində (UFAZ) tədris əsaslı təmir olunmuş yeni binada təşkil ediləcək. Onun sözlərinə görə, yeni universitetin açılışı Azərbaycanda iqtisadi inkişafa və xarici investisiyanın cəlb olunmasına töhfə verəcək: "UFAZ layihəsi təhsil sahəsində yüksək əməkdaşlığın və Fransa-Azərbaycan münasibətlərinin səviyyəsini göstərir. Bu universitetin yaradılması ilə hər iki ölkə gözəl bir layihəyə başlayır. Bu layihə Azərbaycan və Fransa prezidentlərinin istəyi və razılığı nəticəsində ərsəyə gəlib”.

Fransa Təhsil Nazirliyinin Avropa və Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Marian Brünhof isə vurğulayıb ki, UFAZ-ın məzunları gələcəkdə Azərbaycanın sosial-iqtisadi həyatının əsas iştirakçısı olacaqlar. Bu layihənin ərsəyə gətirilməsi üçün 1,5 il ərzində işlərin aparıldığını deyən M.Brünhof qeyd edib ki, bu ali məktəbin məzunları hər iki ölkənin gələcək inkişafına öz töhfələrini verəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ