Rusiya Federasiyasının "Marine Offshore Contractor” MMC şirkəti "Qurban Abbasov” kran gəmisini "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən icarəyə götürmək istəyir. Bunun üçün Gəmiçiliyin rəhbərliyi ilə danışıqlara başlanılıb.
Söhbət zamanı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev indiyədək əməkdaşlıq etdikləri digər şirkətlər kimi, "Marine Offshore Contractor” MMC-nin də etibarlı tərəfdaş olacağına əminliyini ifadə edib. Görüşdə eyni zamanda gələcəkdə birgə layihələr çərçivəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub.
7news.Az








