RU
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına büdcədən 60 milyona yaxın vəsait ayrılıb
20:35
773

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına büdcədən 60 milyona yaxın vəsait ayrılıb

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasına dövlət büdcəsindən 59 milyon 956 min 735 manat vəsait ayrılıb.

Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının yekunlarına dair Əlaqələndirmə Şurasının iclasında deyib.

Nazir müavini bildirib ki, bu müddət ərzində 675 tədbir keçirilib ki, onlardan 121-i beynəlxalq səviyyədə olub.

İ.Babayev vurğulayıb ki, 3 şəhərdə gənclər evi istifadəyə verilib və 5 rayon və şəhərdə gənclər evinin tikintisi davam edir. Onun sözlərinə görə, indiyə qədər ümumilikdə 33 gənclər evi tikilib./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ