RU
Azərbaycan gəncliyinin inkişafında YAP-ın 25 illik böyük rolu var
17:53
1017

Azərbaycan gəncliyinin inkişafında YAP-ın 25 illik böyük rolu var

"Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır”.
                                       
 
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
 
Yuxarıdakı fikir ölkə başçısı, cənab İlham Əliyev tərəfindən Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində səsləndirilmişdir. Həmin fikirlər Yeni Azərbaycan Partiyası(YAP) yarandığı vaxtdan bugünədək hər zaman öz təsdiqini tapmışdır. Belə ki, sağlam fikirli, yüksək intellektli, vətənpərvər və milli əqidəli gənclərin partiyaya daima böyük axını olmuşdur. Əlbəttə ki, Azərbaycanın sürətli və dayanıqlı inkişafında öz bilik və bacarıqlarını əsirgəməyəcək belə gənclərin hakim partiyaya qarşı böyük sevgi və marağı hər vaxt YAP rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Yəni, Azərbaycan gəncliyinin inkişafında Yeni Azərbaycan Partiyasının 25 illik böyük rolu vardır. Ölkənin aktiv və aparıcı qüvvəsi olan gənclər onlara olan böyük dəstəkdən daima ilhamlanmış, qarşısına çıxan çətinlikləri aşmağa nail olmuşdur.
Bu gün möhtərəm prezidentimiz lham Əliyev tərəfindən azərbaycanlı gənclərin hərtərəfli inkişafı üçün mühim addımlar atılmaqdadır. Buna misal olaraq, 2007-ci ilin ölkəmizdə "Gənclər ili” elan edilməsini, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsini, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” haqqında Sərəncamın imzalanmasını və digər böyük əhəmiyyət kəsb edən işləri göstərmək olar. Cənab Prezident İlham Əliyevin, eyni zamanda, Yeni Azərbaycan Partiyasına sədrlik etməsi ziyalı və dövlətçiliyə sadiq gənclərin sözügedən siyasi təşkilatda cəmləşməsinə səbəb olur. Beləcə, bu kimi amillər gənclərdə özünə və fəaliyyətində daima Ulu Öndərimizin gənclərlə bağlı siyasi düşüncələrini əsas götürən partiyaya inamı qatbaqat artırır. Bu isə özünü ölkə başçısı, möhtərəm İlham Əliyevin ətrafında yumruq kimi birləşən gənclər ordusunun mövcudluğu ilə göstərir.
 
Mehti Namazov
YAP Nərimanov rayon təşkilatının fəal gənci
İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin şöbə müdiri
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ