RU
Azərbaycan güləşçisi İslamiadada qızıl medal qazanıb
21:40
91

Azərbaycan güləşçisi İslamiadada qızıl medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov V İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb.

7News.Az bildirir ki, o, finalda 6:3 hesabı ilə Qırğızıstan idmançısı Kalidin Asıkeyevə qalib gəlib.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Milli.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ