RU
Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon dollar yatırıb
15:46
1057

Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon dollar yatırıb

2015-ci ilin ilk rübü ilə müqayisədə 78 milyon dollar, yaxud 2,3 dəfə çoxdur.

Bu ilin birinci rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 137 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya (FDI) yatırıb. 

7news.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Komitəsi məlumat yayıb.

Qurumun məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan investisiyanın 36%-nə bərabərdir.

Statistika idarəsinin məlumatında qeyd edilir ki, Azərbaycandan sonra ilk üçlükdə 57 milyon dollarla (15%) Türkiyə, 44 milyon dollarla (12%) Böyük Birtaniya qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi 2015-ci ilin ilk rübü ilə müqayisədə 78 milyon dollar, yaxud 2,3 dəfə çoxdur.

Qurum qeyd edir ki, ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin (376,4 milyon dollar) əsas hissəsi (53% və ya 200 milyon dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ