RU
Azərbaycan-Gürcüstan sərhədində gərginlik
20:45
1074

Azərbaycan-Gürcüstan sərhədində gərginlik

Sürücülər keçid üçün icazənin verilməsini gözləyir.

Bu gün səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" gömrük keçid məntəqəsində nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən 7news.Az-a verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır. Gömrük keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsidir. Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

Hazırda 3 xətt vasitəsilə avtomobillərin  intensiv keçidinin təmin olunduğu "Sınıq Körpü" gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və qısa zaman ərzində sıxlıq tam aradan qaldırılacaq.

15:16

Azərbaycan-Gürcüstan sərhədində yenidən kilometrlərlə növbə müşahidə olunur. Minlərlə sürücü gömrük nəzarətindən keçmək və bayramı Gürcüstanda keçirmək üçün saatlarla növbə gözləyir.

7news.Az xəbər verir ki, növbədə gözləyən sürücülər virtualaz.org-a bildiriblər ki, “Sınıq Körpü” buraxılış-keçid məntəqəsindən saatda orta hesabla 3 maşın buraxırlar. 

Hazırda məntəqədə gərginlik yaranıb və bu səbəbdən hərdən sərhədçilərlə sürücülər arasında xoşagəlməz insidentlər yaşanır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ