Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanın "Neft və qaz korporasiyası”nın səhmlərinin əldə olunması barədə məsələni satış barədə rəsmi elan olunarsa, nəzərdən keçirməyə hazırdır.
7news.Az məlumat verir ki, bu barədə SOCAR-dan Trend-ə deyilib.
Məlumatda qeyd edilib: "Hələlik konkret bir şey demək mümkün deyil. Əgər səhmlərin satışı barədə rəsmi elan olarsa, bu məsələni nəzərdən keçirəcəyik. Hələlik isə bir xəbər yoxdur”.
7news.Az








