RU
Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb
17:45
1021

Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb

“Biz öz taleyimizin sahibiyik”.

Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Azərbaycan xalqı və dövləti torpaqlarımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək.

Bunu Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə bu gün keçirilmiş rəsmi qəbulda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda ordu quruculuğu prosesi uğurla gedir, iqtisadiyyat şaxələndirilir, islahatlar aparılır

“Bu ilin sonuna qədər Cənub Qaz Dəhlizi ilə bağlı icrası nəzərdə tutulan bütün tədbirlər görüləcək. 2016-cı ilin də ölkəmiz üçün uğurlu olacağına əminəm. Qazanılan bütün nailiyyətlər ancaq müstəqillik illərində əldə olunub. 

Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Biz öz taleyimizin sahibiyik, müstəqil ölkəyik, azad xalqıq. Biz dünya miqyasında öz layiqli yerimizi tutmuşuq, bundan sonra da müstəqillik, inkişaf yolu ilə gedəcəyik”, - deyə dövlət başçısı bildirib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ