RU
Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşuldu
13:30
361

Azərbaycan helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşuldu

Gürcüstan hökümətinin müraciətinə əsasən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsində baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə sentyabrın 23-də helikopter göndərib.

7News.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri yanğınsöndürmə əməliyyatına başlayıb.

 

7News.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ