RU
Azərbaycan hökuməti 13 İT layihəsini maliyyələşdirəcək
23:46
396

Azərbaycan hökuməti 13 İT layihəsini maliyyələşdirəcək

Layihəyə ayrılacaq məbləğ açıqlanıb.

Azərbaycan hökuməti 13 İT layihəsini maliyyələşdirəcək.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) bildirilib. 

Nazirlik yanında  İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının iclasında 3-cü qrant müsabiqəsinin qalibləri müəyyən edilib.

3-cü qrant müsabiqəsi çərçivəsində Fonda təqdim olunan 138 layihədən 103 layihə ilkin ekspertizadan, 42 layihə isə kompleks ekspertizadan keçərək Müşahidə Şurasına baxılması üçün təqdim edilib. Müşahidə Şurası 13 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edib.

Qeyd edək ki, Fondun Müşahidə Şurasının qərarı ilə 13 layihəyə ümumilikdə 168 000 AZN qrant vəsaiti ayrılıb.
 
Məlumat üçün bildirək ki, Fondun elan etdiyi 1-ci qrant müsabiqəsində qalib olmuş 25 layihənin icrası başa çatdırılıb. Bunlardan 12 layihə kommersiyalaşdırılıb və biznes kimi inkişaf etmək perspektivi qazanıb. 2-ci qrant müsabiqəsində isə qalib olmuş 23 layihənin icrası davam etməkdədir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ