RU
Azərbaycan İraq və İraq Kürdüstanından izahat tələb etməlidir (ŞƏRH)
09:18
224

Azərbaycan İraq və İraq Kürdüstanından izahat tələb etməlidir (ŞƏRH)

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Şahin Cəfərli İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin ikinci böyük şəhəri olan Suleymaniyyədən İrəvana silah daşınması ilə bağlı məlumata aydınlıq gətirərkən deyib. Politoloq bildirib ki, əgər Suleymaniyyədən İrəvana doğrudan da silah gəlibsə, belə çıxır ki, onu İraq Kürdüstan höküməti göndərib:

"Ermənilər Azərbaycan ordusunun əməliyyatları nəticəsində ciddi itkilər verib. İstər hərbi texnika, istərsə də canlı qüvvə baxımından böyük itkilərə məruz qalıb. Bunu hətta Paşinyan müsahibəsində özü də etiraf etdi. Ermənilərin silahlara, hərbi texnikaya ehtiyacı var. Açığı bilmirəm, İraqdan Ermənistana doğrudan da silah gəlib, ya yox. Süleymaniyyə onların nəzarəti altındadır, İraq Kürdüstanına tabedir. Onda belə çıxır ki, həmin silahları İraq Kürdüstanı höküməti göndərib. Əgər belədirsə, Azərbaycan tələb etməlidir ki, Ermənistanla müharibə apardığımız bir zamanda onların silahlandırılması əlbəttə ki, Azərbaycana qarşı atılmış bir addımdır. Yəni, bunun mütləq izahatı tələb olunmalı və silah təhcizatının dayandırılması tələb olunmalıdır”.
 

Süleymaniyyə, İraq

Politoloq qeyd edib ki, Ermənistanın əsas silah təhcizatı Rusiyadır:

"Rusiyadan ora kifayət qədər silah göndərilir. Hətta Prezident dəfələrlə müsahibələrdə bildirib ki, Tovuz döyüşlərindən sonra Rusiyadan Ermənistana hava yolu ilə silahların daşınması intensivləşib. Azərbaycan Prezidenti Vladimir Putinlə telefon danışığında da bu məsələni qaldırıb və Tovuz döyüşlərindən sonra Ermənistana 400 ton silah daşınmasını bildirib. Eyni zamanda biz bunu müşahidə etməkdəyik. Silahlar təyyarələrlə İrana gətirilir, ordan isə Ermənistana daşınır. İraqdan, yaxud da ordan-burdan silahlar gətirilə bilər, amma bunlar önəmli deyil. Ermənistanın əsas silah mənbəyi Rusiyadır”.

Qeyd edək ki, mətbuatda fərqli ölkələrdən Ermənistana humanitar yardım adı ilə tank əleyhinə daşınan zenit-raket sistemləri, bu sistemlər üçün raketlər, minatanlar, haubitsalar üçün mərmilər, güllələr və s. arasında artıq İraqdan gətirilən sursatla silahın olması barədə məlumatlar var. Belə ki, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin ikinci böyük şəhəri olan Suleymaniyyədən İrəvana təyyarə yollanıb.

Sülaymaniyyədən Ermənistana, İrəvandakı Zvartnots aeroportuna HYA7016 reysi ilə uçan Boeing 737-400 yük təyyarəsi gizli uçuş həyata keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ