RU
Azərbaycan “İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində 1-ci Robototexnika yarışması”nda təmsil olunub
20:00
319

Azərbaycan “İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində 1-ci Robototexnika yarışması”nda təmsil olunub

27-31 oktyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində gənclər arasında "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində 1-ci Robototexnika yarışması” keçirilib. Yarışlar 2 kateqoriya - "ROBOT SUMO” və "ROBOT FUTBOL” kateqoriyaları üzrə təşkil olunub.

Qeyd edək ki, 1-ci Robototexnika yarışmasında ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi və AREA – Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə hazırlanan komanda təmsil edib.

AREA-nın təsisçisi Rəhman Rəsulzadənin mentorluq etdiyi, AREA təlimçisi Emin Bayramov və Xəzər Universitetinin tələbəsi Məhəmməd Məmmədlidən ibarət komanda üzvləri "ROBOT SUMO” yarışı üzrə 18-23 yaş katerqoriyasında iştirak edib.

Qeyd ki, 100-dən çox ölkədən nümayəndənin qatıldığı yarışda Azərbaycan ilk dəfə olaraq təmsil olunub və 7-ci yerə çıxaraq ilk onluğa düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ