RU
Azərbaycan İstanbulda
18:34
38

Azərbaycan İstanbulda "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisində təmsil olunur - YENİLƏNİB

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 25-də İstanbul şəhərində təşkil edilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisinin açılış mərasimində iştirak edib.

Müdafiə Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, nazir sərgidə "Roketsan", "TUSAŞ", HAVELSAN, BAYKAR, TUALCOM və ASELSAN şirkətlərinin rəhbər heyətləri ilə görüşüb, nümayiş etdirilən müasir silah və döyüş texnikası nümunələri ilə tanış olub.

Qeyd edək ki, sərgidə Türkiyənin milli müdafiə naziri Hulusi Akar, eləcə də qardaş ölkənin və digər ölkələrin bir sıra dövlət və hökumət rəsmiləri də iştirak edib.

12:54

Azərbaycan Türkiyənin İstanbul şəhərində 876 şirkət və 24 universitetin iştirakı ilə keçirilən "SAHA EXPO 2022" müdafiə, aerokosmik və kosmik sənaye sərgisində qonaq qismində milli stendi ilə təmsil olunur.

7NEWS.Az xəbər verir ki, tədbirdə Azərbaycanı müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərliyi altında nümayəndə heyəti təmsil edir.

Sərgi Türkiyənin yerli istehsal potensialındakı artımın və daxili istehsalat gücünün nümayiş etdirildiyi vacib beynəlxalq platforma hesab olunur. Tədbirdə 57 ölkədən 11 müdafiə və müdafiə sənayesi naziri, 37 baş qərargah rəisi olmaqla ümumilikdə 268 rəsmi nümayəndə heyətinin qatılması gözlənilir.

Tədbir, əsasən, milli imkanları inkişaf etdirmək üçün yaradılmış bir platformadır. Milli Texnologiya Hərəkatı şüarı ilə müdafiə və aerokosmik sənayedə fəaliyyət göstərən şirkətlərin bir araya gəldiyi sərgi Türkiyənin yüksək texnologiya və müdafiə sahəsində milliləşdirmə hərəkatına töhfə verən aparıcı qurumlardan biridir. Yüksək texnologiyalı məhsulların nümayiş etdirildiyi beynəlxalq tədbirdə müdafiə, aerokosmik, dənizçilik və kosmik sənaye sahələrində strateji əhəmiyyətli bir çox məhsullar da bu il ilk dəfə təqdim olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ