Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
7news.Az xəbər verir ki, 1/4 final mərhələsinin ilk oyunda səfərdə "İnter”ə 2:0 hesabı ilə məğlub olan "Kəpəz” Gəncədə də paytaxt təmsilçisi ilə bacara bilməyib - 0:0.
"Sumqayıt"ın qonağı olan "Qarabağ" bu dəfə də rəqibini böyük hesabla məğlub edib - 5:2 (ilk oyun 6:0).
AZAL isə doğma meydanda "Qəbələ”yə minimal hesabla uduzub. Oyunda yeganə qolu 53-cü dəqiqədə Asif Məmmədov vurub. İlk oyunda da "təyyarəçilər”i məğlub edən (2:1) region təmsilçisi növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 final mərhələsinin son oyununda "Neftçi” və "Zirə” komandaları münasibətlərinə aydınlıq gətirib. "Bakcell Arena”da keçirilən qarşılaşmaya qonaqlar üstün başa çatıb - 1:2. İlk oyunda 3:0 hesablı qələbə qazanan "Neftçi” məğlubiyyətə baxmayaraq, iki oyunun nəticəsinə görə, adını yarımfinala yazdırıb.
İlk və cavab oyunlarının ümumi nəticəsinə əsasən yarımfinal cütlükləri:
"Neftçi” – "Qarabağ”
"İnter” – "Qəbələ”
Azərbaycan Kubokunda ½ final mərhələsinin ilk oyunları 30 mart, cavab görüşləri isə 5 aprel tarixində keçiriləcək.
7news.Az








