RU
Azərbaycan-Latviya biznes forumu keçirildi
15:58
553

Azərbaycan-Latviya biznes forumu keçirildi

Azərbaycanda başlayan Latviya günləri çərçivəsində Azərbaycan-Latviya biznes forumu keçirilib.

Tədbiri çıxış sözü ilə açan Azərbaycan respublikasının İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan və Latviya arasında ikitərəfli münasibətlərin möhkəm bazaya əsaslandığını bildirdi. Nazir qeyd etdi ki, Latviya və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi yüksək olmasa da, belə biznes forumların keçirilməsi, iki ölkənin iş adamları arasında sağlam işgüzar münasibətlərin qurulması ölkələrimizin iqtisadi potensialını tam həcmdə istifadə etməyə imkan verə bilər.

Nazir vurğuladı ki, Azərbaycan Latviya iqtisadiyyatına sərmayələr yatırmaq üçün geniş imkanlara malikdir. Eyni zamanda nazir bildirdi ki, Latviya iş adamlarının investisiyalarını cəlb etmək üçün Azərbaycanda bir çox maraqlı sahələr mövcuddur.

İqtisadiyyat və sanəye naziri Azərbaycanın və Latviyanın iş adamlarını möhkəm əməkdaşlıq qurmağa çağırdı. O, xüsusi ilə vurğuladı ki, bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət edir.
Daha sonra çıxış edən Latviyanın iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola bildirdi ki, Azərbaycan və Latviya arasında iqtisadi əlaqələri genişləndirmək üçün bütün imkanlar mövcuddur. Onun sözlərinə görə, hazırda Latviyada Azərbaycan kapitalı ilə fəaliyyət göstərən 102 müəssisə qeydə alınmışdır. Xanım nazir bu biznes forumdan sonra həmin rəqəmin artacağına əminliyini ifadə etdi. Latviyanın iqtisadiyyat naziri ölkəsinin Azərbaycanın iş adamları üçün maraqlı sahələrini göstərməklə bərabər Latviya sahibkarlarının Azərbaycanda göstərə biləcəkləri fəaliyyətləri sadaladı. Dana Reizniece-Ozola qeyd etdi ki, hazırda Latviyaya sərmayə yatıran ölkələr arasında Azərbaycan 52-ci yeri tutur. Latviyanın iqtisadiyyat naziri öz çıxışını bu sözlərlə yekunlaşdırdı: “Yalnız gəlir əldə etmək üçün qurulan biznes yaxşı biznes sayıla bilməz. Yaxşı biznes o biznesdir ki, gözəl dostlar və gözəl hisslər qazanırsan. Əminəm ki, Azərbaycan və Latviya arasında münasibətlər məhz belə səviyyədə olacaq.”. Biznes forum Azərbaycan və Latviyanın iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi ilə davam etdi.

7news.az

 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ