RU
Azərbaycan lideri Fransanın azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini yüksək qiymətləndirib
12:01
262

Azərbaycan lideri Fransanın azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini yüksək qiymətləndirib

"Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır".

Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq", - deyə məktubda vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ