Sloveniyada futzal üzrə Avropa çempionatının 1/4 final görüşləri davam edir.
7News.az-ın məlumatına görə, bu gün Azərbaycan millisi də yarımfinal uğrunda mübarizə aparacaq. Yığmamız 1/4 finalda Portuqaliyaya qarşı mübarizə aparacaq.
Maraqlıdır ki, son dünya çempionatında da bu komandalar 1/4 finalda üz-üzə gəlmiş və millimiz rəqibinə 2:3 hesabı ilə uduzmuşdu.