RU
Azərbaycan millisində  4
17:58
2704

Azərbaycan millisində 4 "istefa"

Boks üzrə Azərbaycan yığmasında ciddi dəyişikliklər baş verəcək.

7News.Az bildirir ki, bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib. 

O bildirib ki, Rio Olimpiadası başa çatdıqdan sonra 4 boksçumuz karyerasını bitirmək haqda qərar verib.
 
Bunlar Avropa Oyunlarının qalibi 30 yaşlı Albert Səlimov (60 kq), həmin yarışın çempionu və Rio-2016-nın gümüş medalçısı 31 yaşlı Lorenzo Sotomayor (64 kq), Bakı-2015-in qızıl medalçısı, 28 yaşlı Abdulqadir Abdullayev (91 kq) və ikiqat dünya çempionu, Avropanın ən güclüsü, həmçinin London-2012-nin və Bakı-2015-in bürünc medalçısı 30 yaşlı Məhəmmədrəsul Məcidovdur (+91 kq).
 
Səfərovun sözlərinə görə, bu boksçuların gedişi komandada hansısa çətinlik yaratmayacaq və onları əvəzləyə biləcək idmançılarımız var. Baş katib onu da bildirib ki, Abdullayev karyerasını bitirdiyindən, Olimpiya mükafatçımız Teymur Məmmədov yenidən öz doğma çəkisi - 91 kq-a qayıdacaq.
 
Qeyd edək ki, Məmmədov London Olimpiadasından sonra 81 kq çəki dərəcəsində döyüşürdü. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ