RU
Azərbaycan NATO Müttəfiq Quru Qoşunları Komandanlığının konfransında təmsil olunur
20:20
739

Azərbaycan NATO Müttəfiq Quru Qoşunları Komandanlığının konfransında təmsil olunur

Azərbaycan NATO-nun Müttəfiq Quru Qoşunları Komandanlığının (LANDCOM) konfransında təmsil olunur.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə LANDCOM məlumat yayıb.

Bildirilib ki, bu gün İzmirdə başlayan müttəfiq ölkələrin quru qoşunlarının komandirlərinin II konfransı iki gün davam edəcək.

Konfransda Azərbaycanla yanaşı, Əlcəzair, Avstraliya, Bosniya və Herseqovina, Kolumbiya, Misir, Finlandiya, Gürcüstan, İrlandiya, Yaponiya, İordaniya, Küveyt, Monqolustan, Mərakeş, Yeni Zelandiya, Qətər, İsveç, Tunis və Ukraynadan olan komandirlər iştirak edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ