RU
Azərbaycan neft və qaz hasilatını azaltdı
13:00
814

Azərbaycan neft və qaz hasilatını azaltdı

Dövlət Statistika Komitəsi məlumat yaydı.

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 6,9 milyon ton xam neft hasil olunub.  Neft hasilatı ötən ilin müvafiq dövründən 1,4% az olub. 

Bu barədə Dövlət Statistika Komitəsindən 7news.Az-a bildirilib.

Bu ilin iki ayında 4,9 milyard kubmetr həcmində təbii qaz hasil olunub ki, onun da 3,2 milyard kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Qaz hasilatı ötən ilin iki ayına nisbətən 2,5% artıb, əmtəəlik qaz hasilatı isə 8,3% azalıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ