Azərbaycan neftinə həsr olunan yeni oyun yaradılıb.
Android və iOS platformaları üçün nəzərdə tutulmuş oyun sayəsində virtual da olsa, neftin qiymətini tənzimləyə biləcəksiniz. "Joumee: Gold of Azerbaijan" adlanan oyun zamanı maneələri dəf etməklə dünya bazarında neftin qiymətini "qaldırmaq" mümkün olacaq.
Oyunun fonunda Bakının neft buruqları və şəhər mənzərəsini də seyr etmək mümkündür.
Qeyd edək ki, oyunun Səudiyyə Ərəbistanına həsr olunan "Joumee: Gold of Saudi" versiyası da var.
7News.az
Videonu izləmək üçün şəklə klikləyin:










