RU
Azərbaycan neftinin qiyməti 50 dollara çatır
10:43
1325

Azərbaycan neftinin qiyməti 50 dollara çatır

Xam neftin qiymətləri son üç gün içərisində 10%, ayın əvvəlindən isə 16% dəyər qazanıb.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,97 dollar və yaxud 1,98% bahalaşıb.

7News.Az xəbər verir ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti 49,94 dollara bərabər olub.

Xatırladaq ki, “AzeriLight neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ