RU
Azərbaycan-Nyu York Assosiasiyası 18 Oktyabr Müstəqillik Gününü belə qeyd etdi
01:19
657

Azərbaycan-Nyu York Assosiasiyası 18 Oktyabr Müstəqillik Gününü belə qeyd etdi

18 Otyabrda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən 24 il ötür.

XX ərin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.


18 oktyabr 1992-ci ildən Azərbaycanda bayram günü kimi qeyd edilir.


Belə bir tarixi günü azəri türkləri tək ölkə daxilində deyil, eyni zamanda ölkədən xaricdə də qeyd edirlər. Belə dərnəklərdən biri də Azərbaycan-Nyu York Assosiasiyasıdır (ANA). ANA tək bayram günlərini deyil, eyni zamanda Azərbaycan tarixinin bütün ağrılı-acılı günəri, tarix boyu xalqımızın başına gətirilən müsibətlər barədə tanıtım işləri aparmaq üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Daha çox insanların, xüsusən də turistlərin olduğu Wall Street-də həyata keçirilən tədbirlərdə minlərlə insan iştirak edib.


ANA-nın rəhbəri Ercan YERDELENLİ Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının tarixi misiya olduğunu qeyd etdi.
Wall Street-də həyata keçirilən kütləvi aksiyanı giriş nitqi ilə açan ANA-nın rəhbəri Ercan YERDELENLİ Azərbaycanın müstəqilliyə gedən yolu və digər tarixi həqiqətlər barədə iştirakçılara məlumat verdi.
Daha sonra ANA-nın sədr müavini Zəminə MİRHADİYEVA çıxış edərək son zamanlar Türkiyənin çoxlu sayda şəhid verdiyini deyərək terroru hamılıqla lənətləməyə çağırdı.
Sonra tədbirdə Dağ Yahudiləri Cəmiyyətinin rəhbəri Luba YUSİBOVA, Türkiyə Amerikan Dərnəkləri Federasiyası adından Abdi AKGÜN çıxış edərək Azərbaycanı xalqını bu gözəl gün münasibəti ilə təbrik etdilər.
Tədbir Azərbaycanın mədəniyyətinin, mətbəxinin tanıtımı ilə başa çatdı.

123

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ