Azərbaycan neft hasilatı ilə bağlı məlumatları Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEK) göndərib.
7news.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, həmin məlumatlara əsasən, cari ilin yanvar ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 793,9 min barel olub.
"Bunun 743,1 min barelini xam neft, 50,8 min barelini isə kondensat təşkil edib. Gündəlik 617 min barel xam neft, 50,8 min barel kondensat, 24,2 min barel isə neft məhsulları ixrac edilib.
Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib.
Belə ki, saziş imzalanan tarixədək, yəni 11 ayda Azərbaycanda 37 milyon 719 min 606 ton neft istehsal olunub. Orta gündəlik hasilat isə 829,1 min barel təşkil edib”, - deyə nazirlikdən bildirilib.
Nazirlikdən qeyd edilib ki, Azərbaycan neft bazarında tarazlığın bərpası məqsədilə ilkin vaxtlardan OPEK-in təşəbbüslərini dəstəkləyib.
7news.Az








